İnsanların həyatına təhlükə yaradan Ramal kimə güvənir? - FOTO

07, 08, 23
15:00

İnsanların həyatına təhlükə yaradan Ramal kimə güvənir? - FOTO


99-RP-959 dövlət qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobili idarə edən Ramal adlı şəxsin son günlərdə axşam saatlarında sürücüləri təhlükəyə atması, onları hədələməsi habelə təhqir etməkdən belə çəkinməməsi barədə "Azərbaycan Reallığı"na məlumatlar daxil olub. 

Belə ki, Ramal adlı sürücü yol hərəkət qaydalarını bilməsə də, sürücüləri qırmızı işıqda keçməyə vadar edir, onları sürücülük vəsiqəsini rüşvət yolu ilə almaqda ittiham etməkdən çəkinmir, bununla bərabər Daxili İşlər Nazirliyinin sürücülük vəsiqəsini pul müqabilində satması kimi iddialar səsləndirir, digər sürücülər tərəfindən lazımi cavabı verildikdə isə təhlükəki manevrlər etməklə qəza şəraiti yaradaraq insanların həyatına təhlükə törədir.  

Ümidvarıq ki, yaxın günlərdə DİN əməkdaşları tərəfindən sözügedən sürücünün əməlləri araşdırılaraq, barəsində tədbirlər görüləcəkdir.

"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırdır.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın