yuxarı
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
21, 12, 24
14:00
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Türkiyədə azərbaycanlı qız cərrahi əməliyyatdan sonra vəfat edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, 2010-cu il təvəllüdlü Məleykə Qoşqar qızı Abışova iki gün əvvəl onurğa əyriliyindən əməliyyat olunub. Cərrahi müdaxilədən sonra onun səhhəti kəskin pisləşib və ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, həyatını itirən yeniyetmə Azərbaycan ordusunun zabiti, “Azərbaycan bayrağı” ordenli polkovnik-leytenant Qoşqar Abışovun qızıdır.
Mərhumun nəşi ötən gecə Azərbaycana gətirilib və bu gün Biləsuvarda dəfn edilib./Qafqazinfo.az/

Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək