Nəvələrindən dövlət başçısına ad günü təbriki - Foto

24, 12, 24
14:00

Nəvələrindən dövlət başçısına ad günü təbriki - Foto


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.

"Azərbaycan Reallığı"nın məlumatına görə, nəvələri Əli Ağalarov və Mikayıl Ağalarov dövlət başçısını təbrik ediblər. 

Əli və Mikayıl babaları ilə birlikdə görüntüləndikləri fotoları sosial şəbəkə hesablarında paylaşaraq, “Ad günün mübarək”, - sözlərini yazıblar. 

Qeyd edək ki, Əli və Mikayıl Prezidentin kiçik qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın övladlarıdır. 


Bizimlə əlaqə saxlayın