yuxarı
Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı paylaşım edib
25, 12, 24
11:30
Mehriban Əliyeva təyyarə qəzası ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı paylaşım edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, paylaşımda deyilir:
"Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək