SON DƏQİQƏ! Bakıdan Minvoda uçan AZAL təyyarəsi geri döndü - SƏBƏB

27, 12, 24
11:30

SON DƏQİQƏ! Bakıdan Minvoda uçan AZAL təyyarəsi geri döndü - SƏBƏB


Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

AZAL-dan "Azərbaycan Reallığı" a bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

***





Bizimlə əlaqə saxlayın