yuxarı
Maşın vuran 7 yaşlı Arzunun son durumu AÇIQLANDI
03, 01, 25
12:30
Maşın vuran 7 yaşlı Arzunun son durumu AÇIQLANDI
Qax şəhəri ərazisində yolu keçən 8 yaşlı uşağın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Azərbaycan Reallığı"nın məlumatına görə, Qax Rayon Mərkəzi Xəstəxanasından "Azərtac"a bildirilib ki, Qax şəhər sakini, 2017-ci il təvəllüdlü Arzu Ramazanova avtomobil vurması nəticəsində xəstəxananın Təcili yardım şöbəsinə daxil olub.
Ona ilkin yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır, vəziyyəti orta-ağır olaraq qalır.
Qeyd edək ki, Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə şəhərin Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olarkən yolu keçən azyaşlını vurub. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək