Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb

07, 01, 25
14:00

Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis şöbəsinə çağırılıb


Bakıda pişiklə rəhmsiz rəftar edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

"Azərbaycan Reallığı"nın məlumatına görə, 1994-cü ilə təvəllüdlü şəxs polis şöbəsinə çağırılıb, barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Qeyd edək ki, həmin şəxsin heyvanla rəhmsiz rəftar etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə edilir.


Bizimlə əlaqə saxlayın