Daha bir qalmaqal: Cərrah əməliyyat zamanı canlı yayım açdı

17, 01, 25
14:30

Daha bir qalmaqal: Cərrah əməliyyat zamanı canlı yayım açdı


Sosial şəbəkələrdə "Azər-Türk Med" klinikasında plastik cərrahın əməliyyat zamanı "TikTok" platformasında canlı yayın açması ilə bağlı görüntülər yayılıb.

Görüntülər narazılığa səbəb olub.

Mövzu ilə bağlı "Azərbaycan Reallığı"nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qeyd edilən faktın qanunvericilik çərçivəsində araşdırılması üçün tapşırıq verilib:

“Faktla bağlı lazımi tədbirlər görülür. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.


Bizimlə əlaqə saxlayın