Yasamalda küçəni qan götürüb: sakinlər narazıdır

17, 01, 25
16:30

Yasamalda küçəni qan götürüb: sakinlər narazıdır


Yasamal rayonu ərazisində antisanitar vəziyyət yaranıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Modern.az-a Yeni Yasamal ərazisində yaşayan sakinlər məlumat veriblər.

Bildirilir ki, Məhəmməd Xiyabani küçəsində qəssabxanada kəsilən heyvanların qanı küçəyə axıdılır. 

"Artıq iki gündür küçədən qan axır, üfunət hər tərəfi bürüyüb", - sakinlərdən biri deyib.

Sakinlər müvafiq qurumlara müraciət etdiklərini, ancaq hələlik cavab ala bilmədiklərini deyib.


Bizimlə əlaqə saxlayın