yuxarı
Bu məlumatı bacı-qardaşınıza da verməyin! - Xəbərdarlıq
31, 01, 25
17:00
Bu məlumatı bacı-qardaşınıza da verməyin! - Xəbərdarlıq
Daxili İşlər Nazirliyi son vaxtlar artan kiberoğurluq və kiberdələduzluq cinayətləri ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.
"Azərbaycan Reallığı" xəbər verir ki, müraciətdə son vaxtlar müxtəlif şəxs və qrupların bu əməllərdə süni intellektin imkanlarından geniş istifadə etdiyi, hətta müxtəlif şəxslərin səslərinin belə eyniləşdirildiyi bildirilib.
Bu səbəbdən vətəndaşların onlara edilmiş zənglərin etibarlılığına da şübhə ilə yanaşmasının, hətta ailə üzvlərinə belə kart məlumatlarını verməməsinin vacibliyi vurğulanıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək