Bir neçə ayda 1 milyon manatlıq “alış-veriş” edən rektor Yusif Yusibovla bağlı daha bir İDDİA – Hər tələbədən 500 manat…
Bir neçə ayda 1 milyon manatlıq “alış-veriş” edən rektor Yusif Yusibovla bağlı daha bir İDDİA – Hər tələbədən 500 manat…
Gəncə Dövlət Universitetində şübhəli tenderlər və tələbələrdən ödəniş iddiaları
Gəncə Dövlət Universitetində (GDU) keçirilən tenderlər və tələbələrdən ödəniş alınması ilə bağlı yeni iddialar ortaya çıxıb.
"Azərbaycan Reallığı"-nın əldə etdiyi məlumata görə, universitetin müxtəlif satınalma müsabiqələrində eyni şirkətlərin qalib elan edilməsi və böyük məbləğlərdə müqavilələrin bağlanması suallar doğurur.
Bağlanmış müqavilə:
Mühafizə xidməti – Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollec üçün “GESCO” ASC ilə 14.160,04 AZN dəyərində müqavilə bağlanıb.

Qalib elan edilən və müqaviləsi gözlənilən satınalmalar:
- İstilik sisteminin çəkilməsi – Gəncə Dövlət Universitetinin nəzdindəki Regional Kollec üçün “M-House Construction” MMC ilə 238.719,65 AZN dəyərində müqavilə gözlənilir.

- Avadanlıqların satınalınması – Gəncə Dövlət Universiteti üçün “AE Union” MMC ilə 359.652,2 AZN dəyərində müqavilə bağlanması nəzərdə tutulur.

- İnventarların alınması – Gəncə Dövlət Universiteti üçün “Qardaşlar Mebel” QSC ilə 292.972,76 AZN-lik müqavilə bağlanması gözlənilir.

Bundan əlavə, məlumata görə, universitetin rektoru Yusif Yusibovun göstərişi ilə tələbələrdən hər semestr üçün 500 manat məbləğində ödəniş tələb olunur.
Mətbuatda yayılan bu iddialarla bağlı hələlik Gəncə Dövlət Universitetindən rəsmi açıqlama verilməyib. Əgər məlumatlar təsdiqlənərsə, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparması gözlənilir.