yuxarı
Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI
07, 02, 25
10:00
Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI
Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb.
Bu barədə ərazidə yaşayan sakinlər bildiriblər.
Qeyd edirlər ki, bütün bina sakinləri, yaxın olan qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçirirlər.
"Bakı-Sumqayıt yolunun 7-ci km-də yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər nə olsa atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər.
Qeyd edək ki, problemlə bağlı lazımi yerlərə şikayət olunsa da, məsələ həllini tapmayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək