“Uşaqları çöpçüyə aparmayın” – Uşaq cərrahı

12, 02, 25
17:30

“Uşaqları çöpçüyə aparmayın” – Uşaq cərrahı


Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, uşaqlarının həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Uşaq Cərrahlığı şöbəsinin direktoru, uşaq cərrahı Umud Musayev deyib.

O qeyd edib ki, sadəcə çöpçüyə inanan valideynlərin uşağının "çöpü qalır":

"Biz çöpçüyə aparılandan sonra ağırlaşmaları çox görürük. Övladlarını çöpçüyə aparan valideynlərə səslənirik ki, övladlarının həyatını təhlükəyə atmasınlar, uşaqların sağlamlığını peşəkar mütəxəssislərə etibar etsinlər". 


Bizimlə əlaqə saxlayın