yuxarı
Nazirlik bu klinikanın bağlanması üçün məhkəməyə müraciət etdi
14, 02, 25
15:30
Nazirlik bu klinikanın bağlanması üçün məhkəməyə müraciət etdi
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib.
Bu barədə "Azərbaycan Reallığı"na Nazirlikdən bildirilib.
Bildirilib ki, klinikanın lisenziyasının dayandırılması və ya ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən yanvarın 22-dən 23-dək klinikada yoxlamalar aparılıb, müəssisənin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyət göstərilməsi aşkar olunub.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək