Biletsiz sərnişin aparmaya görə cərimə ARTIRILIR

19, 02, 25
12:30

Biletsiz sərnişin aparmaya görə cərimə ARTIRILIR


Nəqliyyat vasitəsində biletsiz sərnişin aparmaya görə cərimə artırılır.

"Azərbaycan Reallığı" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, dəmir yolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə cərimənin məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Layihə müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub. 


Bizimlə əlaqə saxlayın