Asim Abdullayev Daxili İşlər Nazirliyinin Əməkdaşlarına Təşəkkür Edib

22, 02, 25
09:00

Asim Abdullayev Daxili İşlər Nazirliyinin Əməkdaşlarına Təşəkkür Edib


Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, yolların qarlı və buzlu olması sürücülər üçün çətinliklər yaradıb. Lakin belə çətin anlarda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları – Yol Patrul Xidməti (DYP) və Post Patrul Xidməti (PPX) əməkdaşları sürücülərə dəstək olaraq onların təhlükəsizliyini təmin etmək üçün böyük səylə çalışırlar.

Sosial mediada xəbər portalının rəhbəri, gənc jurnalist Asim Abdullayev DİN əməkdaşlarının bu fədakar fəaliyyətini qeyd edərək onlara təşəkkürünü bildirib. O, qeyd edib ki, polis əməkdaşlarının yol hərəkətinin təhlükəsizliyini təmin etmək üçün göstərdiyi operativ və peşəkar xidmət cəmiyyət üçün böyük önəm daşıyır.

"Asayiş keşikçilərinin bu çətin hava şəraitində fədakarlıqla çalışması, sürücülərə və piyadalara göstərdikləri kömək hər kəs tərəfindən təqdir olunmalıdır. Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına təşəkkür edir, onların fəaliyyətində uğurlar arzulayıram," – deyə Asim Abdullayev vurğulayıb.

DİN əməkdaşlarının gecə-gündüz vəzifə borclarını ləyaqətlə yerinə yetirməsi və vətəndaşlara daim kömək göstərməsi bir daha sübut edir ki, təhlükəsizlik və ictimai asayiş hər zaman qorunur.

"Azərbaycan Reallığı"

Bizimlə əlaqə saxlayın