Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

24, 02, 25
10:30

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ


Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.

Xidmətdən "Azərbaycan Reallığı"na bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.


Bizimlə əlaqə saxlayın