Bakıda avtomobildə qaz balonu partladı - VİDEO

07, 03, 25
12:30

Bakıda avtomobildə qaz balonu partladı - VİDEO


Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobil yanıb.

"Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın olub.

Hadisə ilə bağlı  Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb:

"FHN-in "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub. Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".


Bizimlə əlaqə saxlayın