Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA

10, 03, 25
09:00

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb - FAKTİKİ HAVA


Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Azərbaycan Reallığı"na verilən xəbərə görə, martın 10-u saat 9:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Şabran, Beyləqan, İmişli, Sabirabad, Zərdab, Neftçala, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur və görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Ölkə ərazisində dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.


Bizimlə əlaqə saxlayın