Yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara CAVAB

11, 03, 25
16:00

Yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara CAVAB


Audiovizual Şura yerli televiziya kanallarının HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib.

Bu barədə "Azərbaycan Reallığı"na şuradan məlumat verilib.

"Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə televiziya kanallarının həm HD, həm də SD formatda yayımı həyata keçirilir.

Bu yayımlarla bağlı hazırda heç bir problem yoxdur və normal keyfiyyətdə aparılır.

Televiziya kanallarının HD yayımını dayandırması ilə bağlı bəzi sosial şəbəkə hesabları vasitəsilə yayılan xəbərlər həqiqəti əks etdirmir", - məlumatda qeyd olunub.


Bizimlə əlaqə saxlayın