Azərbaycanda xanım prokuror qəzaya DÜŞDÜ

17, 03, 25
10:30

Azərbaycanda xanım prokuror qəzaya DÜŞDÜ


Bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

1423267


Bizimlə əlaqə saxlayın