Qaxda qadın iynədən şoka düşərək öldü

24, 03, 25
11:30

Qaxda qadın iynədən şoka düşərək öldü


Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın