yuxarı
Evində su qızdırıcısı partlamışdı- 13 gün sonra öldü
28, 03, 25
17:30
Evində su qızdırıcısı partlamışdı- 13 gün sonra öldü
Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.
"Azərbaycan Reallığı"nın məlumatına görə, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, martın 15-də mərhumun evində su qızdırıcısı partlayıbmış.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək