Bakıda güclü küləyə görə 12 ağac aşıb

09, 04, 25
18:00

Bakıda güclü küləyə görə 12 ağac aşıb


Dünən axşamdan əsən küləklə əlaqədar Bakıda 12 ağacaşma, 7 iri budağın sınıb düşməsi halı baş verib.

Bu barədə "Azərbaycan Reallığı"na Bakı Şəhər İcra Hakimiyyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, əsən küləklə əlaqədar Birliyə 19 müraciət daxil olub.

“Hadisələr əsasən Nəsimi, Sabunçu və Binəqədi rayonlarında qeydə alınıb. Ağaclar güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olması səbəbindən aşıb. Dərhal qəzanın nəticələri aradan qaldırıb. Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər", - məlumatda deyilir.



Bizimlə əlaqə saxlayın