SON DƏQİQƏ: Körpələr evində YANĞIN

16, 04, 25
12:30

SON DƏQİQƏ: Körpələr evində YANĞIN


Paytaxtdakı 332 nömrəli körpələr evi-uşaq bağçasında məhdud hissədə yanğın baş verib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.
Bağçadakı uşaqların və işçilərin, həmçinin yaxın ərazidə yerləşən 162 nömrəli tam orta məktəbin şagird və müəllim kontingentinin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.


Bizimlə əlaqə saxlayın