Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək öldü

29, 04, 25
11:00

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək öldü


Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

"Azərbaycan Reallığı"nın məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. 2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.

Faktla bağlı araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın