yuxarı
Elşad Hacıyev: Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür
30, 04, 25
12:30
Elşad Hacıyev: Özünü qəsdən maşınların altına atan şəxslə bağlı tədbirlər görülür
Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Elşad Hacıyev bildirib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:
"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək