Ağsaqqallar Şurası SSRİ bayrağını qaldıran sədrə görə TOPLAŞIR

13, 05, 25
16:30

Ağsaqqallar Şurası SSRİ bayrağını qaldıran sədrə görə TOPLAŞIR


İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib. 

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, Ağsaqqallar Şurasının İdarə Heyəti hadisəyə görə iclas keçirəcək.

İclasın bu gün baş tutacağı gözlənilir. Məlumatı saytımıza Ağsaqqallar Şurasının mətbuat xidmətindən təsdiqləyiblər.

Toplantıda İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov ilə bağlı qərar veriləcək.


Bizimlə əlaqə saxlayın