yuxarı
Bakıda məşhur şadlıq sarayında toy zamanı YANĞIN
21, 05, 25
11:30
Bakıda məşhur şadlıq sarayında toy zamanı YANĞIN
Bakıda yerləşən tanınmış şadlıq saraylarından birində yanğın baş verib.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə mayın 20-də saat 19:35 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən “Louvre Palace” şadlıq sarayında qeydə alınıb. Yanğının mətbəx sahəsində başladığı bildirilir.
Hadisə zamanı şadlıq sarayında eyni anda iki toy mərasimi keçirilirmiş.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək