yuxarı
Xəzər sahillərində 110-dan çox ölü suiti TAPILDI
26, 05, 25
09:30
Xəzər sahillərində 110-dan çox ölü suiti TAPILDI
Qazaxıstanın Manqistau vilayətinin Fort Şevçenko şəhəri yaxınlığında Xəzər dənizi sahilində 117 ölü suiti aşkarlanıb.
"Azərbaycan Reallığı" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balıqçılıq komitəsi "Facebook" səhifəsində məlumat yayıb.
“Mayın 20-21-də Ural-Xəzər Dəniz Balıq Təsərrüfatı Müfəttişliyi tərəfindən keçirilən reyd zamanı 117 çürümüş suiti səcədləri aşkar edilib. Qalıqlar yığılaraq sanitar normalara riayət etməklə poliqonda məhv edilib”, – komitə məlumatında qeyd olunub.
Komitənin bildirdiyinə görə, 2024-cü ilin noyabrından tapılan ölü suitilərin ümumi sayı 2194-ə çatıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək