Bir Mesaj Uzaqlığında, Amma Ruhca Uzaq

12, 06, 25
09:00

Bir Mesaj Uzaqlığında, Amma Ruhca Uzaq

Əvvəllər görüşmək üçün darıxardıq, indi mesaj yazmaqla kifayətlənirik. Əvvəllər bir-birimizin qapısını döyərdik, indi "gördü, amma yazmadı" deyə inciyirik. Texnologiya bizə hər şeyi rahatlaşdırdı – amma münasibətləri bir az da “soyutdu”.
Əllərimizdə smartfonlar, gözümüzdə ekran işığı, amma qəlblər bir az daha uzaqda. Göz-gözə baxmaq get-gedə qəribə bir şeyə çevrilir. Hər şey yazılır, çəkilir, paylaşılır — amma hiss olunmur.
Baxırsan, biri evdə ailəsi ilə oturub, amma başı telefondadı. Başqa biri sevgilisi ilə kafedədi, amma ikisi də ayrı-ayrı ekrana baxır. Texnologiya bizi birləşdirdi, bəli. Amma eyni zamanda sükutun içində parçalayır.
Aforizm
"Texnologiya bizi bir-birimizə yaxınlaşdırdı, amma qəlblər arasında məsafə qoydu."
Təhlil
İndi hər şey bir kliklə baş verir: yazdın – getdi, baxdın – bildin, zəng etdin – eşitdin. Amma maraqlısı odur ki, nə qədər “əlaqə” çoxalsa da, ünsiyyətin dərinliyi azalır. Çünki texnologiya sürəti artırır, amma hissi daşımır. Bir "smiley" üzümüzün təbəssümünü əvəz edə bilməz. Bir "səsli mesaj" qucaqlamaqla eyni deyil.
Bir də baxırsan ki, insanlar bir-birinin gündəlik hekayələrini bilir, amma halını soruşmur. Dostlar bir-birinin “post”unu paylaşır, amma yanına getmir. Sevgi mesajlarla başlayır, mesaj gəlməyəndə də bitir.
Bu, təkcə texnologiyanın problemi deyil. Bu, bizim – yəni insanın – texnologiyaya aludə olub öz təbii ünsiyyətini itirməsidir.
Tövsiyəm
- Gündə heç olmasa 30 dəqiqə telefonu kənara qoy. Yanındakı insanla ünsiyyət qur. Gözünlə bax, sözünlə duyur.
- Ailənlə, dostlarınla görüşəndə ekran yox, üzlərinə bax. Həqiqi diqqət hiss olunur.
- Virtual "hal soruşmağı" deyil, real "yanında olmağı" üstün tut.
- Zəng əvəzinə bəzən görüş təklif et. Üz-üzə danışmaq hələ də hər şeydən qiymətlidir.
Şeir
Ekran işığı vurur üzümüzə,  
Amma soyuqdu, toxunmur içimizə.  
Bir mesaj uzağında hamı bizə,  
Amma ruhca – illər uzağındayıq biz əslində.
Müəllif:  Xəyal Məmmədov

Bizimlə əlaqə saxlayın