Nardaranda dənizdə meyit tapıldı

25, 06, 25
16:00

Nardaranda dənizdə meyit tapıldı


Nardaranda dənizdə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Azərbaycan Reallığı"na verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri müraciət üzrə cəlb olunublar.


Bizimlə əlaqə saxlayın