Şəhid atası vəfat etdi

30, 06, 25
14:30

Şəhid atası vəfat etdi


Şəhid olan Elcan Balabəylinin atası Vasif Balabəyli vəfat edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, şəhid atası ürəktutmadan dünyasını dəyişib.

Mərhum Naxçıvan şəhərində dəfn edilib.

Qeyd edək ki, kapitan Balabəyli Elcan Vasif oğlu 19 sentyabr 2023-cü ildə Ağdərə rayonunda şəhid olub. İkinci Qarabağ Müharibəsindən sonra bir neçə rayonun işğaldan azad edilməsinə görə, ölümündən sonra isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “İgidliyə görə” medalı ilə təltif edilib.//Qafqazinfo


Bizimlə əlaqə saxlayın