Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT

07, 07, 25
18:00

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeni TƏFƏRRÜAT


İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşayırmış.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Onun əvvəllər də paraşütlə tullanma ilə məşğul olduğu bildirilir.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyəti üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizimlə əlaqə saxlayın