Zığ şosesində açıq ərazi yanır

08, 07, 25
14:30

Zığ şosesində açıq ərazi yanır


Bakının Suraxanı rayonunda, Zığ şosesi yaxınlığında açıq ərazidə yanğın başlayıb.

Bu barədə "Azərbaycan Reallığı"na cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub:

“Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər gedir”.


Bizimlə əlaqə saxlayın