Sənədsiz körpələr - Vətəndaşlar niyə rəsmi nikahdan qaçır?

09, 07, 25
18:00

Sənədsiz körpələr - Vətəndaşlar niyə rəsmi nikahdan qaçır?


Son illər gənclər arasında rəsmi nikah olmadan birlikdə yaşamaq halları artıb. Bu isə həm hüquqi, həm sosial baxımdan suallara səbəbdir.

Belə münasibətlərdən doğulan sənədsiz uşaqlar sonradan hansı problemlərlə üzləşirlər?

"Azərbaycan Reallığı" xəbər verir ki, məsələ ilə sosioloq Üzeyir Şəfiyev bildirir ki, gənclər bir-birilərini tanıdıqlarını düşünürək nikah müqaviləsinə yox, dini kəbinlə evlənirlər. Halbuki hazırki dövrdə nikah müqaviləsi zəruridir. Bu, olmadan ailə münasibətləri qəbuledilməzdir. Bu bizim cəmiyyətə uyğun hal deyil, belə hallar daha çox Avropada yayılıb. 

Məsələ ilə bağlı Ailə Qadın Uşaq problemləri komitəsindən bildirildi ki, bu tendesiyanı ailə məsuliyyətini üzərinə götürmək istəməyən gənclər yaradır:

"İnsanlar daha çox məsuliyyət götürməkdən boyun qaçırırlar. Qeyri-rəsmi nikahlar isə müəyyən fəsadlara gətirib çıxarda bilər. Bundan isə daha çox əziyyət çəkən xanımlar və körpələrdir". 

Məsələ ilə bağlı vəkil Rəşad Əliyev bildirib ki, belə hallar sonradan gənclərin yolunu məhkəmələrə salır:

"Körpə əgər nikahdan kənar doğulubsa, hər iki valideyn birlikdə qeydiyyat orqanına müraciət edərək uşağın atalığın müəyyən oluna bilər. Əgər ata uşağa atalıq verməkdən yayınarsa, bu halda ananın hüququ var ki, məhkəməyə müraciət etsin. Atalıq müəyyən olunduqdan sonra isə qadının aliment almaq tələbi yaranır. Həmçinin uşağın digər nikahla paralel doğulan uşaqlarla birlikdə vərəsəlik münasibətlərinə də aiddir". 

Qeyd edək ki, rəsmi nikah yalnız bu gün üçün deyil, gələcək üçün də önəmli faktordur. 


Bizimlə əlaqə saxlayın