Höküməyə həsr olunan film gələn ay TƏQDİM OLUNACAQ

10, 07, 25
14:00

Höküməyə həsr olunan film gələn ay TƏQDİM OLUNACAQ


Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarənin stüardessası mərhum Milli Qəhrəman Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, Əməkdar incəsənət xadimi Ziya Şıxlinskinin Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş "Hökümə - kədərim mənim" adlı sənədli filmi cari ilin avqustunda ekranlara çıxacaq.

Qeyd edək ki, layihənin rəhbəri AKİ sədri, Xalq artisti Rasim Balayev, rejissor Ziya Şıxlinski, operator Yuri Varnovski, montaj rejissoru Mübariz Nağıyev, koordinator Əli İsa Cabbarovdur.


Bizimlə əlaqə saxlayın