Qalib ölkənin qalib qazisi Araz müəllimin ad günüdür - TƏBRİK
Qalib ölkənin qalib qazisi Araz müəllimin ad günüdür - TƏBRİK
Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!
Heydər Əliyev
Əziz oxucular!
Bu gün Azərbaycanın mərd oğlu, I Qarabağ müharibəsi iştirakçısı olmuş Qazi qardaşımız, “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi”nin Göygöl rayon filialının sədri Araz müəllim Abbasovun doğum günüdür.
Cənab Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən, Araz müəllim, rayonun bütün şəhid və qazi ailələrinin qayğıları ilə yaxından maraqlanır, bayram və xüsusi günlərdə sözügedən ailələrə baş çəkir. Anım günündə məzarlarını ziyarət edən Araz müəllim onların hər biri haqqında ətraflı məlumat verməklə, gənc nəsli şəhidlərimizi unutmağa qoymur.
Şəhid və qazi ailələri ilə hər görüşəndə təkrar o anlara qayıdıb, yarıkövrək, yarıduyğulu olmamaq mümün deyil. Amma bir o qədər də qürurlu hiss edir Araz Abbasov. Çünki 4 ildir daha torpaqlarımızın işğal tarixini deyil, zəfər tarixini qeyd edir. Bu gün I və II Qarabağ müharibəsində həlak olan şəhidlərimizin ruhu şaddır. Qazilər hər qəələbə tarixində ağrı-acısını unudur.
Qalib ölkənin qalib qazisi Araz müəllimi “Azərbaycan Reallığı” kollektivi adından ad günü münasibətilə səmimi qəlblə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edirik.