Alkoqollu içkiləri bu qiymətdən aşağı satanlar CƏRİMƏLƏNƏCƏK

04, 12, 24
10:00

Alkoqollu içkiləri bu qiymətdən aşağı satanlar CƏRİMƏLƏNƏCƏK


Alkoqollu içkilərin satışı ilə bağlı cərimələr dəyişdirilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 455-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər səkkiz yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.


Bizimlə əlaqə saxlayın