yuxarı
Narkoloji dispanserdə ÖLÜM
12, 12, 24
15:00
Narkoloji dispanserdə ÖLÜM
Sumqayıtda dispanserdə ölüm faktı baş verib.
"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.
Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, dispanserə alkoqol sərxoşluğu vəziyyətində daxil olmuş, tufeyli həyat tərzi sürən həmin şəxs, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək