yuxarı
Dəm qazından ölən vəzifəli şəxs imiş
17, 12, 24
09:30
Dəm qazından ölən vəzifəli şəxs imiş
Xəbər verdiyimiz kimi, Beyləqanda ər-arvad dəm qazından boğulub. Hadisə zamanı 1966-cı il təvəllüdlü Bakir Məmmədov vəfat edib, həyat yoldaşı Şəlalə Məmmədova isə xəstəxanaya yerləşdirilib.
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, Bakir Məmmədov Bünyadlı kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışırmış.
Cütlüyün 2 qızı və 1 oğlu var. Övladları hadisə zamanı evdə olmayıblar.
Məlumata görə, ər-arvadla ötən gün ərzində əlaqə saxlamaq mümkün olmayıb. Qonşular evə daxil olan zaman Bakir Məmmədovun həyatını itirdiyini, yoldaşının vəziyyətinin isə ağır olduğunu görüblər.
1974-cü il təvəllüdlü həyat yoldaşı Şəlalə Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək