Arayik Arutyunyanın hüquqlarını bu vəkil müdafiə edəcək

04, 10, 23
19:39

Arayik Arutyunyanın hüquqlarını bu vəkil müdafiə edəcək


"Azərbaycan Reallığı"  xəbər verir ki, vəkil Alov Səfərəliyev Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak edib. Bu barədə vəkil sosial şəbəkə səhifəsində məlumat verib və bildirib ki, A.Arutyunyanın səhhəti və psixoloji durumu yerindədir: “Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq.

Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik”.

Bizimlə əlaqə saxlayın