Daha bir polisimiz şəhid oldu - FOTO

06, 10, 23
11:00

Daha bir polisimiz şəhid oldu - FOTO


Antiterror əməliyatları zamanı ağır yaralanan Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
 
Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçümüz idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etdiyi evlərdə pianoda və qarmonda ifaları ilə məşhurlaşmışdı.
 
Prezident tərəfindən "Cəbrayılın azad olunmasına" görə medalı ilə təltif edilmişdi.
 
Allah rəhmət eləsin! 

Bizimlə əlaqə saxlayın