Murad Dadaşov məhkəməyə verilib

06, 10, 23
12:00

Murad Dadaşov məhkəməyə verilib


“M Group Production” MMC məhkəməyə verilib.

“Azərbaycan Reallığı” xəbər verir ki, şirkətlə bağlı “Bakcell” MMC Bakı Kommersiya məhkəməsinə müraciət edib.

Hakim Zeynəb Axundovanın sədrliyi ilə baş tutacaq məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Qeyd edək ki, “M Group Production” MMC (MGP) media, film, reklam və əyləncə şirkəti olub 2003-cü il fevralın 7-də prodüser Murad Dadaşov tərəfindən yaradılıb. Şirkətin ən yaddaqalan layihələrindən biri “Maşın Şou” olub.

Bizimlə əlaqə saxlayın