Həbsdə olan videobloggerin oğlu antiterror əməliyyatı zamanı ağır yaralanıb - Atasını görmək istəyir

07, 10, 23
11:00

Həbsdə olan videobloggerin oğlu antiterror əməliyyatı zamanı ağır yaralanıb - Atasını görmək istəyir


Bir neçə gün bundan öncə Azərbaycan ordusunun keçirdiyi son antiterror əməliyyatları zamanı ordumuzun 200 yaxın əsgər və zabiti torpaqlarımızın bərpası uğrunda canından keçərək qəhrəmancasına şəhid oldu, təbii ki sağlamlığını itirib yaralananlarda az olmadı.

Onlardan bir də hal-hazırda həbsxana həyatı yaşayan Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il 6 ay azadlıqdan məhrum edilən videobloger Bayram Hacıyevin oğludur 

Videoblogerin ailəsindən "Azərbaycan Reallığı"na verilən məlumata görə Bayram Hacıyevin oğlu Fərid Hacızadə hazırda Yevlax Mərkəzi Xəstəxanasına gətirilib, onun sağlamlığı ağır qiymətləndirilir. Əsgərmizin sağlamlıq durumu heç də ürək açan deyil.

Fərid Hacızadənin ailəsi bildirir ki ,bu çətin gündə Fərid atasın bir neçə saatlıq da olsa, görmək istəyir. Onun üçün Fərid Hacizadənin anası ölkə başçısından və digər aidiyyati qurumlardan yaralanan övladlarının istəyini həyata keçirməyə köməklik göstərməsini xahış edir.

Bizimlə əlaqə saxlayın