Azərbaycan səfirliyi İsraildəki vətəndaşlarımıza çağırış etdi: “Ehtiyatlı olun!”

07, 10, 23
12:30

Azərbaycan səfirliyi İsraildəki vətəndaşlarımıza çağırış etdi: “Ehtiyatlı olun!”


Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza çağırış edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Azərbaycan vətəndaşlarının nəzərinə - İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib. Bununla əlaqədar Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı, yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik", - deyə paylaşımda qeyd edilib.

Azərbaycanın İsraildəki səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82

Bizimlə əlaqə saxlayın