DYP vətəndaşın avtomobilini qanunsuz saxlayır? - Vətəndaşdan iddia

14, 10, 23
15:30

DYP vətəndaşın avtomobilini qanunsuz saxlayır? - Vətəndaşdan iddia

Bakı şəhəri,Suraxanı rayon sakini Cabbarov  Cabir  tərəfindən saytımıza müraciət daxil olub.

"Azərbaycan Reallığı" xəbər verir  ki, Cabbar  Cabbarov bildirib ki,ona  məxsus Hunday  Coupe  markalı avtomobil  aylarladır  ki, qanunsuz    olaraq cərimə meydançasında  saxlanılır.


Vətəndaş  bildirib ki ,hadisə 11 iyul 2023-cü il tarixdə  Qaradağ rayonu ərazisində saxlanılıb.


“Mənə məxsus avtomobil  oğlum Vüqar Cabbarov tərəfindən etibarnaməsiz sürüldüyü üçün Qaradağ rayonu ərazisində saxlanılıb. Daha sonra avtomobili Bakı Şəhəri Yol Polis İdarəsində,Badamdar  ərazisinə  aparıldı. Bizim  avtomobilə  heç bir cərimə yazılmadı,lakin avtomobili bizə qaytarmadılar. Səbəb kimi isə avtomobilin ağ-qara rəngdə olması göstərildi.

 

Bizimlə əlaqə saxlayın