DİQQƏT! - Bakıda bu yolda svetoforun iş rejimi dəyişdi - VİDEO

18, 10, 23
11:00

DİQQƏT! - Bakıda bu yolda svetoforun iş rejimi dəyişdi - VİDEO

Sıxlığın aradan qaldırılması məqsədilə daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən Nəsimi rayonu, Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində aparılan növbəti monitorinq zamanı Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib.

Problemi aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək üçün yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilərək Məhəmməd Füzuli küçəsi istiqamətində yaşıl işığın müddəti artırılıb.

Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb.

Bizimlə əlaqə saxlayın