Gizir hazırlığı kurslarının müddəti 2 il olub

01, 11, 23
19:00

Gizir hazırlığı kurslarının müddəti 2 il olub

Yeni hərbi təhsil sistemində gizirlərin hazırlanması üzrə yeni tələblər müəyyənləşdirilib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev deyib.
 
O qeyd edib ki, bu ildən etibarən gizir hazırlığı kurslarının müddəti 2 il olacaq.
 
Nazirin sözlərinə görə, bu müddət istər hərbi biliklərin, təcrübi vərdişlərin öyrədilməsi, aşılanması baxımından, istərsə də orta təhsil almış gəncin hərbçi kimi formalaşması baxımından hərbçi kadr kimi hazırlığında ən optimal müddətdir:
 
"Gizir hazırlığı kursuna tam orta təhsilli gənclər qəbul olunur. Bu kurs artıq fəaliyyətə başlayıb.İstər zabit hazırlığı, istərsə də gizir hazırlığı, bu kurslarda təhsil almaq istəyənlərin, daha dəqiq desək, gələcəkdə zabit, gizir olmaq istəyənlərin vətənpərvərliyi ilə şərtlənir".

Bizimlə əlaqə saxlayın