"Sərhədləri ömürlük bağlı saxlaya bilmərik"

02, 11, 23
14:00

"Sərhədləri ömürlük bağlı saxlaya bilmərik"


"Hazırda biz bilirik ki, quru yollar bağlıdır. Pandemiya bütün dünyada bitir".
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədr müavini Qüdrət Həsənquliyev deyib.
 
O qeyd edib ki, sərhəd bölgəsinin insanları Azərbaycan dövlətinə inteqrasiya olunmağa başlayıb, sərhəd açıq olanda sərhəd ölkələrinə gedirdilər:
 
"Amma sərhədlərin bağlı qalmasından sonra belə hesablama aparılıbmı ki, nə itirmişik, nə qazanmışıq?! Biz sərhədləri ömürlük bağlı saxlaya bilmərik ki?! Sərhədlər açılandan sonra bizim itirdiklərimiz nə olacaq? Sərhədlər bağlı qalanda bizim büdcədə nə qədər qazanc əldə edilib?”

Bizimlə əlaqə saxlayın